Ərazi nümayəndələrilə növbəti görüş              

18 oktyabr 2021-ci il tarixdə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə Rayon İcra Hakimiyyətində pandemiya qaydalarına uyğun olaraq  iclas keçirilib.

Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun iştirakı ilə baş tutan iclasda gündəlikdəki məsələlər müzakirə olunub.
Vacib hüsab olunan məsələlər sırasında 18 yaşından yuxarı I və II doza vaksinləeini qəbul etməyən sakinlərin vaksinasiya olunması, eləcə də III doza (Booster) peyvəndlərinin vurulması zəruriliyi qeyd olunub.

Həmçinin ərazilərdə müntəzəm təmizlik və abadlıq işlərinin aparılması, qanunsuz tikililərin qarşısının alınması məsələsinə diqqət yetirilib. Eyni zamanda idarə və müəssisələrdə əmək intizamı, vətəndaşların müraciətlərinə qanunvericiliyin tələbləri çərçivəsində əbaxılması, ərazilərdəki sosial problemlərinin müəyyən edilməsi, onların həlli ilə yanaşı, digər cari məsələlər də müzakirə olunub.

Şərh Yaz