Həlli vacib məsələlər müzakirə edilib                             

İsmayıllıda idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirak etdiyi yığıncaqda bir sıra həlli vacib məsələ müzakirə olunub.

Sözü gedən yığıncaq 19 oktyabr 2021-ci il tarixində, pandemiya qaydalarına uyğun olaraq, rayon İcra Hakimiyyətinin iclas zalında keçirilib.

Görüşdə 18 yaşından yuxarı I və II doza vaksin olunmayan sakinlərin vaksinasiya olunması, eləcə də III doza (Booster) peyvəndlərinin vurulmasının  vacibliyi diqqətə çatdırılıb.

Bundan əlavə idarə, təşkilat və müəssisələrin qışa hazırlıq vəziyyəti, onların mövsüm ərzində istiliklə təmin olunması, rayon ərazisində təmizlik, abadlıq işlərinin aparılması və digər cari məsələlər ətraflı müzakirə olunub, Qarşıda duran vəzifələrlə yanaşı aidiyyəti üzrə lazımi tapşırıqlar verilib.

Şərh Yaz