Yaddas kitabcasi

Qəhrəman xalqın zəfər simvolu

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Heydər ƏLİYEV,

Ümummilli lider

 

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Qürurvericidir, İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir.

İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdırılıb, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyulub. Bu, Azərbaycan tarixində təkrarolunmaz qələbədir.

Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi bu dönəmdə ölkəmizin hərtərəfli inkişaf etdirilməsi və beynəlxalq aləmdə layiqli yer tutması üçün əsl liderlik missiyasını dönmədən həyata keçirib. Müstəqil Azərbaycan dövlətinin böyük addımlarla irəliyə doğru inkişaf etməsi və ölkəmizdə xalq-iqtidar birliyinin təmin olunması, dünyada rolumuzun və nüfuzumuzun artması Prezident İlham Əliyevin böyük liderlik missiyasını yüksək səviyyədə və dönmədən yerinə yetirdiyini beynəlxalq aləmin gözü qarşısında aydın surətdə nümayiş etdirir.

Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etmək naminə başladığımız Vətən müharibəsində möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik və qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik etməyin əsl nümunəsini göstərdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev memarı olduğu Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində abidə ucaltdı.

Yaşasın qəhrəman Azərbaycan xalqı və onun Prezidenti İlham Əliyev!

Rövşən Əliyev

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

                                                                                      

Şərh Yaz