Sərəncam 5 kəndin əhalisini sevindirib              

İsmayıllı rayonunda 5 subartezian quyusu qazılacaq. Bu məqsədlə Prezident İlham Əliyev rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, rayonun Çərmədil, Qarakolluq, Qoşakənd, Uştal və Vəng kəndlərinin hərəsində biri  olmaqla, ümumilikdə 5 subartezian quyusu qazılacaq.

Məlumat üçün bildiririk ki, qazılan quyular 2000 nəfərə yaxın sakinə xidmət edəcəkdir.

Şərh Yaz