Xahişlə bağlı təklif veriləcək    

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Qalınçaq kəndində vətəndaşlarla görüş keçirib.

Mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunmuş görüşdə başçı kənd sakinlərinin problemlərini dinləyib.

Sakinlər rayon rəhbərindən kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə artezian quyusunun qazılmasını xahiş ediblər.

Rayon rəhbəri vətəndaşlara qarşıdakı ildə istəklərinin Dövlət İnvestisiya Proqramına daxil edilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən təklif veriləcəyini bildirib.

İsmayıllı xəbərləri”

Şərh Yaz