Əziz İsmayıllı sakinləri, hörmətli qonaqlar!          

Rayonumuz təbii sərvətləri, meşələri, çayları ilə zəngin olmaqla respublikamızın dilbər guşələrindəndir.

Təbiətin bizə bəxş etdiyi nadir gözəllikləri qorumaq, ətraf mühiti mühafizə etmək hər birimizin müqəddəs borcudur.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi məsuliyyəsiz şəxslər Tanrının bizə bəxş etdiyi sərvətləri mühafizə etmək əvəzinə, ətraf mühiti, çayları, su hövzələrini, meşələri  məişət tullantıları ilə çirkləndirir.

Belə hallar yolverilməzdir və sanitar gigeyina qaydalarının kobud şəkildə pozulmasıdır.
Xəstəliklərin, onları törədən mikroorqanizmlərin sürətlə yayılmasına səbəb olan amillərdir.

Əziz həmvətənlər!
Gəlin Allahın biz ismayıllılara bəxş etdiyi bu gözəllikləri qoruyaq, yaşadığımız və istirahət etdiyimiz ərazilərə zibil atan şəxslərə, həmçinin belə hallara biganə yanaşanlara qarşı birgə mübarizə aparaq.

 

Şərh Yaz