Deputat seçiciləri ilə görüşüb                          

Milli Məclisin üzvü millət vəkili Novruzəli Aslanıv avqust ayının 5-də İsmayıllı rayonuna növbəti səfərini edib.

O, rayonun Sulut, Xankəndi və Mücü kəndlərində seçicilərlə görüşüb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. Son vaxtlarda olduğu kimi, bu qəbullar da pandemiyadan qorunma qaydalarına uyğun olaraq keçirilib.

Sakinlər öncə kəndin yeni yolunun çəkilişi ilə bağlı cənab Prezidentə öz təşəkkürlərini bildiriblər və xahiş ediblər ki, başda dövlət başçısı olmaqla bu işdə əməyi olanlara onların təşəkkürü çatdırılsın.

Sakinlər əsasən sosial yönümlü problemləri deputatın diqqətinə çatdırıblar. Fərdi məişət problemləri barədə də müraciətlər olub. Bir neçə məsələ yerindəcə həll edilib. Digər qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi sakinlərə bildirilib.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz