2021-ci ilin yanvar-iyun aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında

    İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2021-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 131531,8 min manat, sabit qiymətlərlə 126452,0 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 28,4 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi  hesabat dövründə faktiki qiymətlərlə 33,3 faiz artaraq 1497,5 manata çatmışdır. Məhsul və xidmətlərin 73,7 faizi istehsal sahələrinin, 26,3 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə sənayedə 9,4 milyon manatlıq və ya ümumi məhsulun 7,1 faizi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 69,0 milyon manatlıq (müvafiq olaraq 52,5 faiz), tikintidə 18,5 milyon manatlıq (14,1 faiz), rabitədə 0,6 milyon manatlıq (0,5 faiz), nəqliyyatda 1,2 milyon manatlıq (0,9 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 32,8 milyon manatlıq (24,9 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə sənaye istehsalı 17,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,9 faiz azalmış, kənd təsərrüfatı məhsulunun həcmi 31,0 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 8,7 faiz, tikinti istehsalı 2,6 dəfə, ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 5,6 faiz artım qeydə alınmışdır.

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

(ilkin məlumatlar əsasında)

 

  2021-ci ilin

yanvar-iyun ayları (faktiki qiymətlərlə)    min manat

2020-ci ilin yanvar-iyun ayları (faktiki qiymətlərlə) min manat Qiymət indeksi 2021-ci il 2020-ci ilin qiymətlərilə, min manat Fiziki həcm indeksi, faizlə
Sənaye 9390,6 7412,9 153,2 6130,5 82,7
Kənd təsərrüfatı 69011,0 52342,7 100,7 68559,2 131,0
Tikinti 18523,4 7053,6 100,0 18523,4 262,6
Nəqliyyat və anbar təssərüfatı 1189,7 1306,1 100,0 1189,7 91,1
İnformasiya və rabitə xidməti 648,6 596,5 100,0 648,6 108,7
Ticarət, nəqliyyat vasitələrinin təmiri 32768,5 29735,4 104,4 31400,6 105,6
 

CƏMİ

 

131531,8 98447,2 104,0 126452,0 128,4

 

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın sayı 18,7 faiz azalaraq 41938 baş, qoyun-keçilərin sayı 16,0 faiz azalaraq 150470 baş, donuzların sayı isə 29,6 faiz azalaraq 145 baş olmuşdur. 2021-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 3 ton, süd istehsalı 38 ton, yumurta istehsalı 32 min ədəd artmış, yun istehsalı 50 ton azalmışdır. Hesabat dövründə 2705 ton diri çəkidə ət, 18615 ton süd, 8619 min ədəd yumurta, 360 ton yun, 2194,5 kiloqram barama istehsal olunmuşdur.

Artıq bitkiçilik məhsullarının toplanışına başlanılmışdır. Cari il iyul ayının 1-i tarixinə, 21220 hektar sahədən 76818,3 ton buğda, 7620 hektar sahədən 24079,2 ton arpa yığılmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğdanın məhsuldarlığı 2,2 sentner artaraq 36,2 sentner, arpanın məhsuldarlığı isə dəyişməyərək 31,6 sentner təşkil etmişdir. Bu dövrdə 128 hektar sahədən 355 ton paxlalılar, 44 hektar sahədən 120 ton yazlıq dənlilər toplanmışdır. Paxlalı bitkilərin məhsuldarlığı 27,7 sentner olmuşdur. 2021-ci ilin yanvar-iyun aylarında 2122 ton tərəvəz, 295 ton kartof, 768 ton meyvə və giləmeyvə toplanmışdır. Hazırda sahələrdən məhsul yığımı davam etdirilir.

2021-ci ilin yanvar-iyun ayları ərzində sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 9390,6 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 17,3 faiz azalma müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 10,7 faiz çox, 40,2 milyon kilovat saat elektrik enerjisi, 2,6 milyon kub metr çox, 24,0 milyon kub metr qaz istehlak olunmuşdur.

Bu ilin ilk altı ayında 1530,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 69,8 faiz azdır. Hesabat dövründə əsas kapitala 22560,4 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin ilk altı ayı ərzində 30856,7 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 26195,0 min manat çoxdur.

Hesabat ilinin altı ayında rayon əhalisinə 98562,0 min manatlıq istehlak malları satılmış, 13340,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 2,3 faiz çox  təşkil etmişdir.

Hesabat dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 648,6 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 8,7 faiz çoxdur.

2021-ci il iyunun1-i vəziyyətinə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əməkhaqqı ilkin məlumatlara əsasən 456,30 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  3,4 faiz  yüksək olmuşdur.

Təhlildən də göründüyü kimi 2021-ci ilin ilk altı ayında bütövlükdə rayon iqtisadiyyatında artım müşahidə olunmuşdur. Dünyada baş verən pandemiya səbəbindən iqtisadiyyatının əsas istiqamətləri üzrə bəzi sahələrdə olan geriləmələr artıq aradan qalxmaq üzrədir. Bu ilin ilk ayının yekunları onu deməyə əsas verir ki, 2021-ci ilin yekunu üzrə  iqtisadiyyatın bütün sahələri üzrə uğurlu nəticələr əldə etmək mümkün olacaqdır.

Daşdəmir Məmmədov,             

İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini                                 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz