Yaradıcılığa həsr olunmuş ömür                           

12 avqust 2021-ci il tarixində İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ələviyyə Babayevanın 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa və yazıçının əsərlərindən ibarət sərgi təşkil edilib.

Tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri Aygün Quluzadə açıb. O bildirdi ki, bu tədbirin keçirilməsinin səbəbi nasir, tərcüməçi, ssenari müəllifi və çox bir əsərlərin müəllifi olmuş Ələviyyə Babayevanın ölkə üzrə keçirilən 100 illik yubiley tədbirlərinə qatılmaqdır.

Şöbənin əməkdaşı Pəri Səmədova yazıçının həyatı haqqında məlumat verərək bildirib ki, Ələviyyə Babayeva 1921-ci ilin avqust ayının 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə bölməsinin rəhbəri olub.

Yazıçı 23 sentyabr 2014-cü ildə vəfat edib.

Daha sonra kitabxananın əməkdaşı Leyla Şirinova çıxışında yazıçının yaradıcılığı haqqında məlumat verib. O qeyd edib ki, Ə.Babayeva ömrünün 77 ilini yazıb-yaratmağa, ədəbiyyata, bədii tərcüməyə həsr edib. Bədii yaradıcılıqla yanaşı, tərcüməyə də maraq göstərmiş, uşaq ədəbiyyatına böyük yer ayırmışdır. Onun 60-a qədər kitabı işıq üzü görüb ki, bunun 7-si romandır. “Adamlar və talelər”, “Hardasan dost, harda”, “Bəlkə sabah olmadı”, “Səni axtarıram”, “Son döngə” , “Dəli Sona”, “Yanar su” kimi əsərləri ilə yalnız Azərbaycanda deyil, dünyanın bir çox ökələrində özünə çoxsaylı oxucu qazanıb.

Esmira Mikayılova

Şərh Yaz