İsmayıllıda daha bir küçə yeniləndi                             

İsmayıllı şəhərinin küçələrində asfaltlanma işləri plana uyğun davam edir. Burada yollar xüsusi texnikalar vasitəsi ilə hamarlanır, daha sonra asfalt örtük çəkilir. Şəhərin ən böyük küçələrindən olan vətən müharibəsində şəhid olmuş Famil Əhmədzadənin yaşadığı Niyal küçəsinə asfalt örtük çəkilib. Uzunluğu 500 metr olan bu yol şəhərin Nizami və Günəşli küçələrini birləşdirir.

Onu da bildiririk ki, sözügedən küçəyə ilk dəfə asfalt örtük çəkilir. Əvvəllər bu yolun yatağı çınqıldan ibarət olub.

İsmayıllı şəhər sakinlərinin diqqətinə çatdırırıq ki, küçələrin asfaltlanması Dövlət proqramına uyğun olaraq ardıcıl həyata keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı abadlıq işlərinə başlanılması ilə yanaşı, digər regionlarda olduğu kimi İsmayıllı rayonunda da nəzərdə tutulan layihələr plana uyğun həyata keçirilir.

 

Şərh Yaz