Hamı diqqətdə olub                              

Dini ayinlərin icrası ilə başlanan Qurban bayramı tədbirində dövlətimizin firavanlığı, tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, bayram namazı qılınıb, qurbanlar kəsilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış qruplar vasitəsilə bayram münasibətilə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə və bütün aztəminatlı ailələrə Qurban payları verilib.

Bayram münasibəti ilə İsmayıllı şəhəri üzrə 2000 nəfər ailəyə qurban payları verilib.

Xatırladaq ki, ümumilikdə 105 yaşayış məntəqəsini əhatə edən 37 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə altı min nəfərədək rayon sakininə ümumi çəkisi 7 tona yaxın qurban payı verilib.

 

Şərh Yaz