İməciliklər davam etdirilir                            

=Rayonda təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, kənddaxili yolların, su xətlərinin təmiri, yaşıllıqların qorunması, məişət tullantılarının yığılması və daşınması daim diqqətdə saxlanılır.

Rayonun bütün yaşayış məntəqələrində iməciliklər təşkil edilir. Ərazilər və yol kənarları tullantılardan təmizlənir, zibilliklər ləğv edilir həmçinin digər abadlıq işləri görülür. İməcilikdə İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri və sakinlər iştirak edir. İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla görülür.

İsmayıllıda bu cür iməciliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur. Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də bir daha sakinləri və rayona səfər edən qonaqları təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir.

 

 

 

 

Şərh Yaz