İş şəraiti ilə tanışlıq               

    23 iyul 2021-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin bir qrup üzvü İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən “İncəsənət həmişə aktualdır” adlı sərgi ilə və İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları və iş şəraiti ilə yaxından tanış olublar.

Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və idarənin əməkdaşlarının iştirakı ilə görüş keçirib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb, mədəniyyətin təbliği və inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Sonda İsmayıllı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Görüş xatirə şəkli çəkdirməklə başa çatıb.

Nurtən Əkbərova

Şərh Yaz