Yaddas kitabcasi

“Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri” mövzusunda seminar müşavirə          

9 iyul 2021-ci il tarixdə Şimal-Qərb Regional DYNİ-nin xidməti ərazisi olan İsmayıllı rayon DAİM-nin akt zalında “Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri” mövzusunda seminar müşavirə keçirilmişdir.

Müşavirədə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional DYNİ-nin rəis müavini daxili xidmət polkovnik-leytenantı Nurlan Şahmurov, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov, İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi Rəhim Bədəlov, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rövşən Yəhyayev, İsmayıllı RİH-nin inzibati ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədirləri, İsmayıllı Meşəbəylikləri üzrə  məsul şəxs Kamil Məmmədov və Aqrolizinq MMC-nin nümayəndələrı iştirak ediblər.

Müşavirədə yay mövsümündə yanğın təhlükəsizliyi tədbirlərinə ciddi riayət edilməsi, kövşən sahələrin yanıdırılmaması, yol kənarı, meşəətrafı ərazilərin mineral zolaqla şumlanması, 2022-ci il üçün taxıl səpini zamanı mühafizə zolaqlarının qorunması, kəndlərdə könüllü yanğından mühafizə dəstələrinin yaradılması və s. kimi tələblər qarşıya qoyulub.

Şərh Yaz