Belə-belə işlər                                         

* Nənə nəvəsini danlayır:

– Ay bala, sənin artıq 35 yaşın var. Niyə evlənmirsən? Sinif yoldaşlarının övladları 11-ci sinfi qurtarıb ali məktəbə daxil olub. Sən hələ yerində sayırsan. Sənin toyun nə vaxt olacaq ki, mən də qol açım oynayım?

Nəvə üzünü anasına tərəf çevirib pıçıltılı səslə deyir:

– Bundan soruşan yoxdur ki, sənin tayların hamısı ölüb, sən niyə ölmürsən?

 

* Meşənin kənarında təzə ev tikib köçən oğluna anası deyir: – Sən orda tək qalırsan. Bəs qorxmursan? Yox ay ana qonşum  Aslandır.

 

* İş icraçısı evdən tikintiyə qanıqara gəlir. Onu görən fəhlələrin heç biri ayağa qalxmır. Bir az da əsəbləşən iş icraçısı ucadan deyir:

– Arvaddan qorxanlar ayağa qalxsın. Bir nəfər yaşlı kişidən başqa hamı ayağa qalxır. İş icraçısı sən niyə ayağa qalxmırsan? – deyə yaşlı kişidən soruşur.

Yaşlı kişi sakitcə dillənir:

– Ay oğul, mən arvad kəlməsini eşidəndə qıçlarım tutulur. Odur ki, ayağa qalxa bilmədim. İş icraçısı təsəlli tapır. Deməli, mən tək deyiləm. Məndən betərləri  də var.

 

* Usta dəlixanada təmir işləri ilə məşğul idi. Bir dəli gəlib ondan telefon istəyir. Usta başından eləmək üçün ona bir taxta parçası verir ki, get, kimə istəyirsən zəng elə.

Dəli gedir, yarım saatdan sonra geri qayıdır.

– Ay usta, anamla danışmaq istəyirəm, nömrəsini ver. Usta yalandan ona bir nömrə deyir. Dəli beş-altı addım uzaqlaşıb tez geri qayıdır. Ay namussuz, sən mənim anamın telefon nömrəsin hardan bilirsən? – deyib əlindəki taxta parçası ilə ustanın başın vurub yarır.

 

* Şahın qızı heç kimə ərə getmək istəmir. Bütün elçilərə yox cavabı verir. O, ağ atlı şahzadəsini gözləyir. İllər ötür. Bir gün ağ atlı şahzadə şəhərə gəlir. Bunu eşidən şahzadə qız tez balkona çıxıb ağ atlı şahzadəyə əl edir. Şahzadə qızın ona əl etdiyini görüb:

– Xala, mənə nəsə demək istəyirsən?

 

*İki şagird dərsə gecikir. Müəllim soruşur:

– Qoşa bülbüllər, niyə dərsə gecikmisiniz? Müəllim, məktəbin bağında cəh-cəh vururduq. Müəllim hazırcavab uşaqlara söz tapmır və keçin əyləşin, – deyir.

Yaşar  Nuriyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz