Xoş arzularla ayrılıblar                                            

                  A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin tədris işləri üzrə direktor müavini, kollektivdə müəllim və şagirdlərin sevimlisi, zəngin təcrübəyə malik pedaqoq, gözəl insan, qayğıkeş ana, Gülxar müəllimin 65 illik yubileyi ilə əlaqədar pandemiya qaydalarına uyğun tədbir keçirilib.

Gülxar Məmmədovanın yaddaqalan, çoxillik, nümunəvi müəllim əməyindən söz açan iş yoldaşları ona gələcək həyatda da xoşluq, firəvanlıq, can sağlığı arzulayıblar.

Yekunda məktəbin direktoru Ramil Dadaşov Gülxar müəllimə xoş arzularını çatdırmaqla bərabər, uzun müddət təhsil sahəsində səmərəli pedoqoji fəaliyyətinə və anadan olmasının 65 illiyi ilə əlaqədar ona İsmayıllı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanını təqdim edib.

T.Məmmədova

 

Şərh Yaz