ELAN – İsmayıllı rayon sakinlərinin nəzərinə!

Qəbələ Səyyar ASAN xidmət avtobusu 01.07.2021 – 30.07.2021 tarixlərdə (30-gün) İsmayıllı sakinlərinə xidmət göstərəcək.

Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Babək küçəsi 54 (H.Əliyev parkının qarşısı)

Vətəndaşlara göstərilən xidmətlər:

 Tibb xidməti

• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi

• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

• Əmək pensiyalarının təyin edilməsi

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi

• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

• Notoriat fəaliyyəti

Qeyd:
• Səyyar “ASAN xidmət” avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Şərh Yaz