Vətəndaş məmnunluğu başlıca məqsəddir                        

İsmayıllı Rayon İcra Hakimiyyətində mövcud pandemiya qaydalarına əməl olunmaqla vətəndaşların RİH başçısı aparatında qəbulu keçirilib.

17 iyun 2021-ci il tarixində keçirilən qəbulda sakinlərin rayon rəhbərinə müraciətləri dinlənilib. Vətəndaşlara müraciətləri ilə bağlı qanunauyğun izahatlar verilib.

Keçirilən qəbulda birinci Qarabağ müharibəsində, eləcə də 44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri, qazi və müharibə iştirakçıları üstünlük təşkil edib.

İcra başçısı Nahid Bağırov vətəndaşların hər birini diqqətlə dinləyib. Səsləndirilən problemlərini həlli istiqamətində aidiyyəti idarə və müəssisə rəhbərlərinə, ayrı-ayrı şəxslərə tapşırıqlar verib.

Keçirilən qəbullarda başlıca məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır.

Şərh Yaz