“Nümayəndə günü” keçirilib                                      

17 iyun 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti “Nümayəndə günü”  keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən iclasın gündəliyinə aktual məsələlər daxil edilib.

İclasda 18 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması, 2021-ci ilin birinci yarım ili üçün hazırlanmış iş planlarının icrası və ikinci yarımil üçün görülən işlərə dair hesabatların hazırlanması, ərazilərdə təmizlik işlərinin aparılması, təsərrüfatbaşına qeydiyyat kitablarının təlimatın tələblərinə uyğun işlənilməsi, qanunsuz zəbt olunmuş torpaqların açılması, əmək intizamı, etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi, onların həlli və digər cari məsələlər ətraflı müzakirə olunub.

Həmçinin iclasda taxıl sahələrinin, meşə və yol kənarı ərazilərin şumlanması, yanğın təhlükəsizliyi tədbirlərinin keçirilməsi və baramaların təhvil verilməsi ilə əlaqədar mövcud məsələlər müzakirə olunub.

Şərh Yaz