İsmayıllı Rayon Silahlı Qüvvələr və Əmək Veteranları Şurasının sədri Əlaləm Babayevin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar İsmayıllı RİH-nin başçısının təbriki                                

Hörmətli Əlaləm müəllim!

 

Sizi, anadan olmağınızın 70  illik yubileyi münasibəti ilə İsmayıllı rayon ictimaiyyəti və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə şərəfli xidməti fəaliyyətinizdə uğurlar, can sağlığı, nailiyyətlər arzulayıram!

Siz dövlət və dövlətçiliyə sadiq insan kimi, işlədiyiniz bütün müddətdə gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında təbliğatçı olmusunuz.
Hörmətli Əlaləm müəllim, Sizi bir daha ürəkdən təbrik edir, uğurlar arzulayıram!

Dərin hörmət və ehtiramla,

İsmayıllı RİH-nin başçısı Nahid Bağırov

Şərh Yaz