70 illik həyat yoluna salınan naxış                            

İnsanın daxili aləmini, onun estetik zövqünü formalaşdıran, mənəvi zövq verən poeziya dövrün ruhundan, zamanın ahəngindən qidalanır. Ədəbi mühitə məhz zamanla həmahəng olan nümunələr gətirən qələm sahibləri yaşadıqları həyatın sosial, ictimai, mədəni hadisələrinə biganə qalmayaraq qələmləri ilə zamanın tablosunu yaradır, çağdaş ədəbiyyatımıza, dünyamıza yeni fikirlər, yeni düşüncələr gətirirlər. Belə insanların yaradıcılıq dünyası ilə həmsöhbət olduqda, yaxud başbaşa qaldıqda yaşanılan zaman gerçəkliklərini bir daha vərəqləmiş olursan. Bu sənət yolunda neçə illikləri əhatə edən bir yaradıcı insan ömrün hər fəslinin qoxusu duyulur. Elə ömrünün 70-ci baharını yaşayan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mövlud Teymurun da yaradıclıq dünyasına baş vuranda neçə onilliklərin səsini duyursan. Bu səs onun qəlbindən eşidilən səsdir. Bu səs onun fikir dünyasının səsidir ki, səssiz qalan düşüncələri yüzlərlə, minlərlə insanlara çatır.

Kiçik yaşlarından təmiz hafizəsində yaşanılanlar, salınan izlər gözəl, rəngarəng, estetik tələbatımıza uyğun olan sənət nümunələrini ilə üzə çıxıb. Ömrün müdriklik, kamillik dövrü hesab olunan 70 yaşında Mövlud Teymur ömrünün arxasından görünən illəri yaşam tərzinin naxışıdır. Ziyalı ömrü yaşayan M.Teymur həyat amalı ilə cəmiyyətin tələbinin vəhdətindən doğan gerçəklikləri birləşdirib, axtarışları ilə ömrünün mahiyyətinə bir əlvanlıq gətirib. Ucalıq rəmzi hesab olunan 70 yaşı bizlərə bu gün neçə onilliklərə nəzər salmaq imkanı yaratmış olur. Bu zaman məsafəsində yazdığı vərəqlərin səhifələnməsinə bir ehtiyac duyulur. 70 illik ömür yolu nələr yazıb bu səhifəyə? İxtisasca filoloq olan M.Teymur 1951-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açıb. “Tərcümeyi-halım” adlı şeirində şair belə yazır:

Mən yanvar ayında dünyaya gəldim,
B
üllur qar ayında dünyaya gəldim.
Odur ki, t
ərtəmiz qar kimiyəm mən,
Yox olan yerd
ə də var kimiyəm mən.

Orta məktəbi başa vurduqdan sonra 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və buranı bitirdikdən sonra İsmayıllıda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. O, ali kateqoriyalı metodist müəllim kimi gənc nəslin təlim-tərbiyəsində, onların Azərbaycan ədəbiyyatını sevməsinə böyük əmək sərf edib. Orta məktəb illərindən bədii yaradıcılığa başlayan Mövlud Teymurun “Yağış” adlı ilk şeiri 1972-ci ildə dərc olunub. Sonra şeirləri “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Bakı”, “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Sovet kəndi” və sair qəzetlərdə, “Göyərçin”, “Azərbaycan qadını”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti” və sair jurnallarda, 70-80-ci illərdə isə “Gənclik” və “Yazıçı” nəşriyyatlarının buraxdığı “Çinar pöhrələri”, “Mənim bağım, baharım”, “Vətən nəğməsi”, “Yeni səslər”, “Azərbaycan” və sair ədəbi-bədii almanaxlarda çap olunub.

Yaradıcılıq yolu uğurlu olub və M.Teymur “Araz”, “Qızıl qələm”, Beynəlxalq Rəsul Rza mükafatları laureatı adına layiq görülüb, eyni zamanda Prezident təqaüdçüsüdür.

Onu da vurğulayaq ki, ədəbiyyata, şeirə böyük maraq göstərən Mövlud Teymur İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin, sonralar Bakı şəhərində əvvəl şair Vaqif İbrahimin, daha sonra Məmməd İsmayılın rəhbərlik etdiyi Azərbaycan LKGİ MK nəzdində fəaliyyət göstərən gənc yazıçıların “Respublika ədəbi birliyi”nin fəal üzvlərindən olub.

M.Teymur sözlü-söhbətli sənətkarlar sırasında özünün deyimi, yaradıcılıq manevri ilə seçilən və sevilən simadır. Yaşının 70-ci baharında bu dünyanın söz bulağından su içməklə mənəvi aləmini zənginləşdirərək həyatın rənginin çalarlarından yaratdığı çələngi oxucusunun ixtiyarına verib. Bəlkə bir zaman onun yaxınları, doğmaları inanmazdı ki, o neçə-neçə kitabların müəllifi olaraq Azərbaycan ədəbi mühitində tanınacaq. Sənət aləminə qoşulacaq, şeirləri ilə Azərbaycan poeziyasına öz izlərini salacaqdır. Onun şeirlərini oxuduqca dünəninə boylanırıq. Öz vətəninə, elinə-obasına bağlı olan şair bu torpağın yetirdiyi övladları, onların əməllərini sevərək vəsf edir. Şairin “Ağ atlı xilaskar”, “Tarixlərdə qalacaq” kitabları ümummilli lider Heydər Əliyevə həsr olunub. Şair ulu öndər Heydər Əliyevin tarixə həkk etdiyi silinməz izləri incə ştrixlərlə nəzmə çəkib. “Azərbaycan – Heydər”, “Sevindirdi bu xalqı”, “Unutmayaq xidmətini Öndərin” və s. başlıqlı şeirlərində adlarından göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin böyük bir Şəxsiyyət olaraq zamanla ölçülməyən əməllərini diqqətə çəkib, Onun fəaliyyətinin fövqündə böyük ideyaların gerçəkləşdiyini təsvir edib. “Misli görünməyən rəhbərdir Heydər” adlı şeirində şair Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti ilə Azərbaycanın işıqlı, uğurlu bir gələcəyə yol açdığını göstərir. O, həyat hadisələrini incə bir hisslə oxucusuna təqdim edir. Ulu öndər Heydər Əliyevin Azərbaycanı qurub-yaratdığını, Onun arzusu, əməli, eşqi ilə bu diyarın şöhrətlənməsini məxsusi bir şəkildə nəzmə çəkib:

Gecəni nurladan ulduzdu, aydı,
Çağlayan bulaqdı, kükrəyən çaydı,
Al
ınmaz ordudur, sınmaz alaydı,
Misli g
örünməyən rəhbərdir Heydər.

M.Teymur dövlətimizin bu səltənətə yiyələnməsində ulu öndər Heydər Əliyevin əməyini şeir dilinə çevirərək, Onun bəşəriliyini qürurla tərənnüm edir.

Onun “Rəsul Rza demişkən”, “Haqqın ömrü”, “Qar bərəkətdir”, “Çox sevirəm anamı”, “Qarabağ bizimidir”, “Bir sözüm var”, “Ürək yanğısı”, “Haqqın ömrü”, “Tarixlərdə qalacaq” kimi şeirlər kitabında şairin düşüncələri ilə tanış oluruq. Şeirlərinə ruhu hakimdir. Onun qələmindən çıxan şeirlərində Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Məmməd Araz, Səməd Vurğun, Nazim Hikmət, Mikayıl Müşfiq, Ağabəyim Ağa və onlarla belə Azərbaycan torpağının yetirdiyi böyük ziyalılar nəslindən söz açılır, portretləri yaradılır. Onların azərbaycançılıq məfkurəsindən, milli mənəvi-dəyərlərimizin təbliğindəki düşüncə tərzinin meyarından söz açmaqla yaradıcı insanların qəlb dünyasının aliliyini göstərməyə çalışır. Mövlud Teymur Azərbaycan torpağının dahilər, istedadlar yetirməsini əsərlərində lirik lövhələrlə əks etdirir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında rolu olan qadınlarını da yaddan çıxarmır:

Məhsəti, Natəvan, Heyran xanımlı,
Nigar R
əfibəyli nəfəsli ölkəm.
Mirvarid
şöhrətli, Hökümə şanlı,
K
əmalə haraylı, gur səsli ölkəm!

Onun “Mən sözümü düz dedim” kitabına daxil olan “Ürəyimdə qalandı”, “Doğma ellər” kimi şeirlərində şairin vətənlə bağlı fikirləri poetik bir şəkildə verilib. “Mən vətəndən, vətən məndən yan ötməz”. -deyən şair ondan uzaq ömrü qəbul edə bilmir. Gözəllikləri duyan və bunun içində xoşbəxt düşüncələrinə qovuşan şairin Azərbaycanı vəsf edərək ona bağlılığını səmimiyətlə qələmə alır.

Ruhu gənc, qələmi iti, təfəkkürü aydın və sağlam olan şairin misralarına hakim olan sənət meyarı onu özünün sezmədiyi bir halda belə 70 illik bir ömrün uğurlu bir səhifəsini yazıb. 70 ilin hər bir anı yazılıb. Sevinci də, kədəri də bu ömrə yazılıb. Həyatın dolanbac yolları onu müdrikləşdirib.

Zümrüd BAYRAMOVA

Şərh Yaz