Aşıq sənəti ölməz və əbədidir                             

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Məlumat saatı” təşkil ediblər.
Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova və  baş biblioqraf Ruhiyyə Lətifova Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə geniş məlumat veriblər. Çıxışlarda əsrləri adlayıb gələn aşıq sənətinin ölməz və əbədi olduğu qeyd olunub. Yerli aşıqların xidmətlərindən danışılıb, dünyasını dəyişənlərin ruhunu ehtiramla yad ediblər.
Daha sonra komplektləşmə və kitab işləmə şöbəsinin müdiri Zərifə Qəndiyevanın ifasında Aşıq Ələsgərin bir neçə şeiri səslənib.

Esmira Mikayılova,

İsmayıllı MKS-nin əməkdaşı

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz