Yaddas kitabcasi

“Xarıbülbül” musiqi festivalında iştirak edən folklor kollektivləri ilə görüş keçirilib          

“Xarıbülbül” festivalının səhəsində İsmayıllı təmsilçilərinin – “Lahıc” xalq folklorunun və  İvanovka kəndinin “Slavyanoçka” folklor qrupunun çıxışları da alqışlarla qarşılanıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsində “Xarıbülbül” musiqi festivalında iştirak etmiş “Lahıc” xalq, “Slavyanoçka” və “Cəngi” folklor kollektivlərinin üzvləri ilə görüş keçirilib. Görüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva və İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərb və diplomatiya sahəsində əldə etdiyi uğurun nəticəsində uzun müddətli fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilmiş “Xarıbülbül” musiqi festivalının mühüm əhəmiyyəti ilə bağlı ətraflı məlumatlar verilib.

Görüşdə folklor kollektivlərinin üzvləri festivalla bağlı təəssüratlarını bölüşüb və Heydər Əliyev Fondunun rəhbərliyinə yüksək təşkilatçılıq və göstərilmiş diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda folklor kollektivlərinin üzvlərinə İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən Fəxri fərmanlar təqdim edilib, xatirə şəkli çəkilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz