Vətəndaş qəbulu davam edir                   

3 may 2021-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon sakinləri RİH başçısı tərəfindən qəbul ediliblər.

Mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbul zamanı icra başçısı rayon sakinlərinin müraciətlərini dinləyib, onları narahat edən problemlərlə maraqlanıb. Olunan müraciətlərlə bağlı vətəndaşlara qanunauyğun izahatlar verilib.

Rayon rəhbəri vətəndaşların problemlərinin həlli istiqamətində müvafiq işlər görülməsi üçün aidiyyəti üzrə müavinlərə və şöbə müdirlərinə tapşırıqlar verib.

Vətəndaşlar göstərilən diqqət və qayğıdan razılıq ediblər.

Şərh Yaz