İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Ramazan bayramı münasibətilə təbriki   

                                                        Əziz ismayıllılar!                                          

 

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs Ramazan ayı insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı təcəssüm etdirir. Çox xoşdur ki, bu mübarək ayda Siz, Allah qarşısında insanlıq borcunuzu qəlbən ödəmək fürsəti qazanıb, əxlaqi kamilliyinizlə nəfs üzərində qazandığınız qələbənin sevincini yaşayırsınız.

Bu il Ramazan bayramını bir başqa cür qeyd edirik. Koronavirus pandemiyasına görə kütləvi tədbirlərin keçirilməməsinə baxmayaraq, xalqımız çox sevinclidir. İllərnən həsrətində olduğumuz, hər zaman dualarımızda olan Qarabağımıza, Şuşamıza qovuşduq. Bizə bu günü yaşadan Ali Baş Komandanımıza, müzəffər ordumuza minnətdarıq. Torpaqlarımız uğrunda canlarından keçən vətən fədailərimizi, öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacağıq.

Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Əminəm ki, həmrəyliyimiz sayəsində COVID-19 bəlasını da geridə qoyacağıq.

Oruc və ibadətlərinizin qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!

Şərh Yaz