Yaddas kitabcasi

 Ulu öndər ideyalarının təbliği                               

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə YAP İsmayıllı rayon təşkilatı bir qrup fəal partiya üzvünün iştirakı ilə mayın 10-da mövcud pandemiya qaydalarına uyğun olaraq Azərbaycan dövləti banisinin şəhər mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm əsərlərinə, kitablara, onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlərdən və ümummilli liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxış keçirilmişdir.

YAP İsmayıllı rayon təşkilatının qərargahında İsmayıllı Rayon Gənclər İdman İdarəsinin, Rayon Təhsil Şöbəsi ilə birgə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa- yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunması, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir. O, Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını, ölməz şəxsiyyətin təhsillə bağlı dediyi qiymətli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdıraraq, əbədiyaşar liderin hər zaman müəllimlərə yüksək ehtiramla yanaşdığını söyləyib.

Çıxışının sonunda Sevil Əhmədova bütün təşkilatçılara, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkür edib.

Tədbirin sonunda Ulu öndərə həsr olunan Respublika inşa-yazı müsabiqəsində II yeri tutmuş İsmayıllı rayon Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin şagirdi Ələkbərli Fidan Ramazan qızına və rayon üzrə keçirilmiş onlayn inşa müsabiqəsinin qalibləri N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin şagirdi Ağayeva Leyla Elşən qızına (I yer), Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagirdi Radayev Aleksey Oleqoviçə (II yer), A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Abbasova Səbinə Tərlan qızına (III yer) Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Şərh Yaz