Bütün zamanların ən böyük azərbaycanlısı                          

10 may 2021-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi,  Rayon Təhsil Şöbəsi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Bütün zamanların ən böyük azərbaycanlısı” mövzusunda gənclər arasında keçirdiyi onlayn inşa-yazı müsabiqəsinə yekun vurulub.

Mükafatlandırma mərasimi YAP İsmayıllı Rayon Təşkilatının sədri Sevil Əhmədovanın da iştirak etdiyi tədbirdə həyata keçirilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd “2017-2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği və intellektual səviyyəsinin yüksəldilməsidir.

Şərh Yaz