Yaddas kitabcasi

Şəhidlərin xatirəsinə tikilən abidə kompleksləri açılıb         

İsmayıllı rayonu Hacıhətəmli və Qalınçaq kənd tam orta məktəblərində şəhidlərin əziz xatirəsinə inşa edilən abidə komplekslərinin açılışı olub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin başçısı, şəhid ailələri, RTŞ-nin əməkdaşları, kənd ağsaqqalları, həmçinin həmin kəndin müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.

Mərasim iştirakçıları abidə önünə əkil və gül dəstələri qoyub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir iştirakçıları şəhidlərin ruhuna dualar edib və onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşadığını bildiriblər. Sonda xatirə şəkilləri çəkdiriblər.

 

Şərh Yaz