Şəhid ailələri ziyarət olunub                         

4 may 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin sədri Malik Ağayev rayonun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Ənvəli Aqşin Faiq oğlunun və Abdurahmanov Elvin Əbülfəz oğlunun ailələrini ziyarət ediblər.

Şəhidlərin valideynləri və yaxınları ilə keçirilən görüş zamanı onların keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumatlar verib, xoş xatirələrini bölüşüblər. Daha sonra şəhidlərimizin şəkilləri, hərbi geyimləri, şəxsi əşyaları, ömür yolu və xidmətini əks etdirən otaqlara baxış keçirilib.

İdarə rəisi Elçin Nəcəfov dövlət səviyyəsində Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açmış və bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirmişdir.

Şərh Yaz