Maarifləndirmə tədbirlərinə  ara verilmir                            

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər İsmayıllı rayonunda da davam etdirilir.

İsmayıllı şəhəri ərazisində İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin, İsmayıllı bələdiyyəsinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyasının qarşısının alınması üçün aparılan vaksinasiya ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara bu işdə məsuliyyətli davranmaları və peyvənd olunmaları tövsiyə edilir.

Peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə demək olar ki, hər gün geniş izahat işləri aparılır. Keçirilən aksiyalar zamanı əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara yüzlərlə pulsuz tibbi maska paylanılır, sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

 

 

 

Şərh Yaz