Ad günü olan şəhidin ailəsi ziyarət olunub                          

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini XTQ-in giziri Ramil Musayevin 30-cu doğum günündə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov tərəfindən ailəsi ziyarət olunub. Ziyarətçilər səmimi söhbət əsnasında ailənin problem və qayğıları ilə maraqlanıblar.
Hərbi xidmət dövründə ailəli olan Ramil şəhid olduqdan sonra Vətənə əmanət bir oğul övladı dünyaya gəlib və ona da Ramilin adı verilib. Şəhid ailələri, müharibə iştirakçıları hər zaman rayonun səlahiyyətli şəxslərinin diqqətindədir.
Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də  Erməni ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Musayev oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Aytən İsmayılova,
İsmayıllı rayonu

Şərh Yaz