Mənəvi dəstək, müqəddəs vətəndaşlıq borcu     

11 may 2021-ci il tarixdə İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva İvanovka kəndindən olan, Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Şirinov Etibar Fazil oğlunun məzarını və ailəsini ziyarət ediblər.

Şəhidin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı şəhid Etibar Şirinovun keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumatlar verilib, xoş xatirələr dilə gətirilib.

Daha sonra ziyarətçilər şəhidin müxtəlif illərdə – müharibədən əvvəl və müharibə günlərində çəkdirdiyi foto şəkillər, istifadə etdiyi şəxsi əşyalarla tanış olunub.

Görüş zamanı bir daha dövlət səviyyəsində şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açılıb. Bunun ailələrə mənəvi dəstək, hər birimiz üçün müqəddəs vətəndaşlıq borcu olduğu bildirilib.

 

Şərh Yaz