Vətən müharibəsinin qəhrəmanı ilə görüş                            

Məktəbimizin vətənpərvər ruhlu məzunu, XXI əsrin ən mükəmməl ordusunun hərbi hissə komandiri, qazi, polkovnik- leytenant Anar Mehman oğlu Mirzəyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, rəhbərlik etdiyi hərbi quruma xüsusi bacarıq nümayiş etdiyinə görə, müəllim və şagird kollektivi adından təşəkkürümüzü bildiririk. “Vətən müharibəsinin qəhrəmanı” fəxri ad alması və Ramazan bayramı münasibəti ilə onu, eləcə də valideynlərini ürəkdən təbrik edirik.

Hörmətlə: İsmayıllı Təhsil Şöbəsinin nümayəndəsi Hafiz Kərimov və N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi.

 

***

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllim kollektivin bir qrupu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov Vətən Müharibəsi Qəhrəmanı – Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktıbinin fəxri məzunu polkovnik-leytenant Anar Mirzəyevin valideynlərini müqəddəs Ramazan bayramı münasibəti ilə ziyarət ediblər.

Xatırladaq ki, Anar Mirzəyev vətən müharibəsi uğurunda döyüşlərdə qəhrəmancasına iştirak edib.

Əslən İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan Mirzəyev Anar Mehman oğlu 1982-ci il oktyabr ayının 25-də İsmayıllı şəhərində anadan olub. 1989-cu ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib, 1996-cı ilə qədər həmin məktəbdə təhsil alıb. 1996-cı ildən 2000-ci ilə qədər isə təhsilini şəhərin 6 nömrəli tam orta məktəbində davam etdirib.

2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2004-cü ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib. Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və 26 iyun 2004-cü il tarixindən 26 iyun 2005-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu keçib. Kursu bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün “N” saylı hərbi hissəyə göndərilib. 2005-ci ildən başlayaraq bu vaxta qədər Azərbaycan Ordusunda taqım komandiri vəzifəsindən başlayaraq hərbi hissə komandiri vəzifəsinə qədər  şərəfli xidmət yolu keçib.

Nümunəvi xidmətlərinə görə müxtəlif vaxtlarda fəxri ad və medallar alıb. Belə ki, Müdafiə Naziri tərəfindən 13 iyun 2011-ci ildə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 26 iyun 2016-ci ildə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikasi Silahlı Qüvvələrinin 90, 95 illiyi və 100 illik yubileyləri münasibətilə yubiley medalları ilə də təltif edilib.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Anar Mirzəyev 20 iyun 2017-ci ildə “Hərbi xidmətlərə görə”, 25 iyun 2020-ci ildə isə “Vətən uğrunda” medalları ilə təltif edilib.

2020-ci il 27 sentyabrda başlayan və Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsində Anar Mirzəyev tabeliyində olan əsgərləri ilə birlikdə ən qaynar nöqtələrdə düşmənə qarşı vuruşub. O, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb. Hazırda müalicəsini davam etdirir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi qəhrəmanı” fəxri adı, 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Ailəli, 3 övladı olan qəhrəman eloğlumuzla fəxr edirik.

Şərh Yaz