Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilib                                

Xalq şairi Musa Yaqub may ayının 7-də doğulduğu Buynuz kəndindəki evində dünyasını dəyişib. Mərhumla vida mərasimi 8 may 2021-ci il tarixdə keçirilib. Dəfn mərasimi pandemiya qaydalarına uyğun təşkil olunub.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Novruzəli Aslanov, Tahir Kərimli və Sabir Rüstəmxanlı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər də iştirak edib.

Azərbaycan poeziyasının inkişafında böyük xidmətlər göstərmiş, hər kəsin sevimlisi, xalqın böyük rəğbətini qazanmış Xalq şairi Musa Yaqub vəsiyyətinə uyğun olaraq, Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının məzarı yanında dəfn olunub.

Allah rəhmət eləsin!

“İsmayıllı xəbərləri”

Şərh Yaz