Önəmli vəzifələrdən biri                          

Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbində şagirdlərə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması önəmli vəzifələrdən biri kimi həmişə diqqətdədir.

44 günlük Vətən müharibəsində Diyallı kəndi şəhidlik zirvəsinə ucalmış iki qəhrəman övladını əbədilik öz qoynuna alıb. Döyüşlərdən qələbə ilə salamat qayıdan, qazi olanlar da olub.

Məktəbin şagird və müəllim heyəti pandemiyadan qorunma tələblərini gözləməklə bir neçə gün əvvəl  Vətən müharibəsin cəsur döyüşçülərindən biri, məktəbin məzunu Kənan Səmədovla görüş keçirib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qazi K.Səmədov müharibə günlərinin dəhşətlərindən, Qələbə xəbərinin sevincindən yarasını, ağrıların delə necə unutduğundan danışıb.

Görüşün iştirakçıları K.Səmədovun timsalında bütün qazilərə Allahdan şəfa diləyiblər.

Hazilə Səfərova,

məktəbin müəllimi

Şərh Yaz