Yaddas kitabcasi

Qaliblər mükafatlandırılıb                      

19 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən, ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şanlı zəfər yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb, ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş yazı müsabiqəsinin qaliblərini təbrik edib.

B.Muradova ənənə halını alaraq, 2009-cu ildən keçirilən bu cür müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirib ki, ümumilikdə həm respublika, həm də ayrı-ayrı regionlar üzrə geniş miqyasda keçirilən müsabiqələrin yüzlərlə iştirakçısı, onlarla qalibi vardır: “Bu illər ərzində ən müxtəlif yaş təbəqələrindən insanların iştirakı ilə keçirilmiş müsabiqələr Ulu öndərin Azərbaycan xalqının rifahı, Azərbaycan dövlətinin inikişafı naminə göstərdiyi fədakar fəaliyyətinə dair insanların düşüncələrini və dəyərləndirmələrini özündə əks etdirmişdir”.

Münsiflər heyəti müsabiqəyə göndərilmiş 75 yazını diqqətlə nəzərdən keçirib. I yerin qalibi Zərdab rayon sakini, Azərbaycan Aqrar Universitetinin zootexniklik fakültəsinin III kurs tələbəsi, Vətən müharibəsinin iştirakçısı və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş qazi Hüseyn Kərimov, II yerin qalibi İsmayıllı rayon sakini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu, müstəqil jurnalist Xavər Abbasova və III yerin qalibi Saatlı rayon sakini, şəhid bacısı Günel Rəsulova-Səfərovanın olduğu müəyyən edilib. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Qalibləri, xüsusilə də həmyerlimizi – peşəkar jurnalist Xavər Abbasovanı qazandığı uğur münasibəti ilə ürəkdən təbrik edirik!

İsmayıllı xəbərləri”

Şərh Yaz