Beynəlxalq yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olmadan və ƏDV qeydiyyatına könüllü qaydada durmadan sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olursunuzsa…

                                                                                                              Bu fəaliyyət növü üzrə təqvim ayının sonunadək vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə ödəməklə, ödəniş sənədləri və ərizə ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyinə) təqdim etməklə istəyinizə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalısınız.

Verginin dərəcələri barədə

Avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən olunur:

 

 

 

Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə 1 oturacaq yeri üçün 1,8 manat
Taksi ilə sərnişin daşınması 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manat
Yük daşınması Yük götürmə qabiliyyəti üzrə

(hər tona)

1 manat

 

Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi yuxarıda qeyd edilən cədvəldə göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

  1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (1-ci bənddə göstərilənlər istisna olmaqla) – 1,5;
  3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (1-ci və 2-ci bəndlərdə göstərilənlər istisna olmaqla) – 1,0.

Məcburi dövlət sosial sığorta haqqı barədə

Bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alarkən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında (250 * 6% = 15 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlisiniz.

Yuxarıda qeyd edilən məcburi dövlət sosial sığorta haqqının məbləğinə fəaliyyət göstərdiyiniz ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduğunuz aylıq sosial sığorta haqqını müəyyən etməlisiniz.

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0 əmsal;
  • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;
  • Digər şəhər və rayonlarda – 1,0 əmsal.

İcbari tibbi sığorta haqqı barədə

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırdıldığı hallar istisna olmaqla, bu fəaliyyət üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (250 *  4% = 10 manat) icbari tibbi sığorta haqqı ödəməlisiniz.

Misal: Oturacaqlarının sayı 17 ədəd olan mikroavtobusunuzla Bakı şəhərində sərnişin daşınmasını həyata keçirirsiniz. Bu zaman Sizin ödəyəcəyiniz verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Oturacaqların sayı 17 ədəd olduğundan sadələşdirilmiş verginin aylıq məbləğ17 * 1,8 manat * 2 əmsal = 61,2 manat, məcburi dövlət sosial sığorta haqqının aylıq məbləğ30 manat (minimum aylıq əməkhaqqı 250 manat * 6 % * 2 əmsal = 30 manat) və icbari tibbi sığorta haqqının aylıq məbləğ10 manat (minimum aylıq əməkhaqqı 250 manat * 4 % = 10 manat) olmaqla, ümumilikdə ödəməli olduğunuz məbləğ 101,20 manat təşkil edəcəkdir.

Unutmayın ki…

  • Bu fəaliyyətlə bağlı yalnız icbari tibbi sığorta haqqı üzrəhər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi orqanına təqdim edilir.
  • Vergi və məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən tam məbləğdə ödə
  • İcbari tibbi sığorta haqqı isəhər ay üçün hesablanır, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödə
  • Digər fəaliyyət növləri üzrə əldə edilmiş gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrı-ayrılıqda aparılır və bu fəaliyyət növləri üzrə mənfəət (zərər) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
  • Fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri və məcburi dövlət sosial sığorta haqları ilə ilə əvəzləş

 

Bununla belə, bilməlisiniz ki…

  • Vergi ödəyicisinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə etdiyi avtonəqliyyat vasitələri bu vergiyə cəlb edilmədiyinə görə onlar üçün heç bir haqq ödənilmədən 5 işərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Xüsusi fərqlənmə nişanı alınmalıdı Həmin avtonəqliyyat vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı 1 iş günü əvvəl nişan geri qaytarılmalıdır.

      10 saylı Ərazi Vergilər İdarəsi

 

 

 

 

 

 

Şərh Yaz