Qazinin iştirakı ilə keçən tədbir                           

Ismayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin sosial-iqtisadi fənnlər üzrə fənn birləşməsinin müəllimləri və mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələrin bir qismi 31 Mart – Azərbaycanlıların Soyqırımının ildönümü ilə bağlı “Teams” platforması üzərindən tədbir keçiriblər. Tədbirdə 44 günluk Vətən müharibəsinin iştirakçısı, kollecin məzunu qazi Orxan Babazadə, fənn birləşmə komissiya sədrləri, tarix müəllimi Əli Baxışlı və digər müəllimlər də iştirak edib. Əli müəllim Vətənimizin qanlı və şanlı tarixini tələbələrə bir daha xatırladıb. Qazi O.Babazadə şərəfli döyüş yolundan bəhs edib.

Ş.Abışova

Şərh Yaz