Vaksin qədər faydalı oldu                  

İşimlə əlaqədar, həm də COVİD-19-a qarşı vaksin vurdurmaq üçün rayondakı Mərkəzi xəstəxanaya getmişdim. Vaksinasiya aparılan şöbəyə daxil olduqda diqqətimi ilk çəkən təbii ki, həkim və texniki işçi personalının səmimiyyəti, gülərüzlüyü oldu.

Xüsusən həkimin biri pasiyentlərə “xanım”, “müəllim” deyərək müraciət etməsi, vaksinlə bağlı ətraflı məlumat verməsi, şöbəyə daxil olanları axıra qədər dinləməsi, sualları təbəssümlə cavablandırması sözün əsl mənasında məni heyrətləndirirdi. Sanki nağıllar aləminə düşmüşdüm, tamamilə başqa cəmiyyətdə olduğumu bir anlıq fikirləşirdim.

Həkimin kimliyini soruşduqda Fikrət Osmanov olduğu deyildi. Düzü həkimin adını eşitmişdim, amma tanımırdım. Tanımaq bu günə qismət imiş. Fikrət həkimi bu vaxta qədər tanımadığıma təəssüf edirəm.

İnanın, rəftarı, səmimiyyəti, ünsiyyəti vaksin qədər faydalı oldu Fikrət həkimin.

El arasında deyim var “həkim var, sözlə sağaldır”, Fikrət həkim onlardandır.

Bir ildən artıq müddətdə öz sağlamlıqlarını təhlükəyə ataraq görünməz düşmənlə mübarizə aparan bütün həkimlərimizə minnət və təşəkkürlərimi çatdırır, hər birinə can sağlığı, bütün xəstəliklər üzərində qalib gəlmələrini arzulayıram.

Var olun əziz həkimlərimiz, Allah sizləri qorusun!

Rəşid Məmmədli

1 thought on “Vaksin qədər faydalı oldu                  

Şərh Yaz