Balacaların böyük sevinci                     

İsmayıllı şəhərinin Vahab Osmanov küçəsindəki çoxmənzilli yaşayış binalarının balaca sakinləri üçün məhəllədə müasir standartlara cavab verən uşaq oyun meydançası istifadəyə verilib. Meydançada qurulmuş yellənçəklər, sürüşmə qurğuları və qumla oyun sahəsi balacaların böyük sevincinə səbəb olub.

İşlərin icracısı olan İsmayıllı bələdiyyəsi gələcəkdə bu kimi meydançaların şəhərin digər yerlərində də qurmağı məqsədəuyğun hesab edir.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz