MÜNƏVVƏRA  OSMANOVA     

                           

1965-ci ildə Əndican vilayətinin  Mərhəmət rayonunun Mərhəmət kəndində anadan olub.

Şairənin “Çöhrə”, “Sənə oxşasın”, “Həsrət mənzili”, “Belə eli hardan taparsan”, “Gərəyimsən”, “Ana, mən gəldim”,  “Həyat tilismanı” kimi şeir kitabları, “Ulu  dərsxana”, “Ürəyimsən, Vətən” kimi publisistik məqalələri, şeirlərinə yazılmış onlarla mahnı mövcuddur.

Əməyi 2013-cü ildə “Şöhrət” medalına layiq görülüb. “Vətən üçün yaşamaq”, “Ən ulu, ən əziz” respublika  sərgi-müsabiqələrinin qalibi olub.

M.Osmanova hazırda Özbəkistanda çıxan “Səadət” jurnalının baş redaktorudur.

 

HƏSRƏT

 

Həsrətin rəngini soruşun məndən –

Sapsarı – saman.

Görmüşəm həsrətin evini də mən –

Koması viran.

 

Yolçuluğu var həsrətin – yeriyən –

Həddi yox, yaman.

Çiçəyi var həsrətimin – sevilən –

Adı – zəfəran.

 

Çuxası var həsrətimin – geyilə,

Min yamaq alan.

Belə həsrət olsa əgər mənimlə,

Bağrı dolu qan.

 

Gəlməyə başlayar, izn almadan,

Kasıb ol, ya xan.

Nə qədər alçaltsan, nə qədər qovsan,

Küçəmdə yatan.

 

Canıma yeridi, incitdi ruhu,

Ah, həsrət – ilan.

Bilmirəm mən qulu tərk edərmi bu,

Çıxan zaman can…

 

***

Mərd ola bilmədim, bağışla, ata,

Özümü məhv edir, küsməyim, acım.

Özümü enməyə yetmədi gücüm,

Bağışla, ata…

 

Mərd ola bilmədim, bağışla, ana,

Qına, ədavətdən olmadım xilas,

Sakitcə durmuşam, könlüm qaranlıq,

Şad gəlib keçənə içimdə həvəs,

Bağışla, ana…

 

BAĞ

 

Yer beləcə dalaşıb, vuruşdu,

Zərbdən tənəyin qəddi büküldü,

Yanağı titrədi, üzü bürüşdü,

Qəzəbdən yarpağı töküldü.

 

Uca qovaq ortaya girib,

Əncir durub bağrı əzilmiş.

Hər ikisinə acıq verib

Xurma baxır, gözü süzülmüş.

 

Bağrı qan qovğadan narın,

Yola düşdü, bəlkə bir çarə bildi.

Yerin tapıb, almaya eşqin

Dedi, heyvanın üzün sildi.

 

Üstündə yetişmiş meyvəsi,

Tənək halsız uzanıb torpağa.

Sezmədilər bağın ətəyindən

Bağban əlində balta, girib bağa.

 

***

Bu dünya mənzili bir dəhliz qədər,

Sevgimiz də ona hədiyyə gedər.

Hesabın apardım ötən ömrümün,

Savabım vardırmı köynəyə yetər?

 

Atalar pir olar, analar qılman,

Birisinə pənah, biri mehriban.

Varsa, qulluq edin, yoxsa ziyarət,

Biri ali cənnət, o biri qoruyan.

Şeirləri özbək dilindən Azərbaycan dilinə şair Şahməmməd Dağlaroğlu uyğunlaşdırıb.

 

Şərh Yaz