Yaddas kitabcasi

Qarabağ Azərbaycandır!

Yolunda qurbandır bu can,

Bütün aləm olub heyran.

Sən varlığım, Azərbaycan

Vətən anamız, bir candır,

Qarabağ Azərbaycandır!

 

Kökümüz türk, biz beləyik,

Bütün dünyaya deyərik.

Düşmənə sübut edərik,

Vətən anamız, bir candır,

Qarabağ Azərbaycandır!

 

Ürək dözmür belə dağa,

Can qardaşım, qalx ayağa!

Bayraq sancaq Qarabağa,

Vətən anamız, bir candır,

Qarabağ Azərbaycandır!

 

Qarabağım bir hikmətdir,

Vətənimə məhəbbətdir.

Zəfərimiz həm qüdrətdir,

Vətən anamız, bir candır,

Qarabağ Azərbaycandır!

 

Qəzəl

 

Ürəyim gülöyşə nar, eşqimdə divanələri,

Neyləyirəm heç məni anlamayan biganələri.

 

Saqidir eşq camından könlümə bir dərd verəni,

Ahu-zarım titrətməz ürəyi viranələri.

 

Bilməz eşq odu nədir, yalançı peymanələri,

Duymazlar o ürəkdə inləyən təranələri.

 

Eşq əhli olmayanlar hardan biləcək mən kiməm?

Eşq göz yaşı, dəryadır, çəkdirir qəmxanələri.

 

Surə, əsir oldun eşq dünyasının qəm bəhrinə,

Dünya fani, ağladar sən kimi divanələri.

Surə Ziyadqızı

Şərh Yaz