İsmayıllıda “Erkən nikaha yox deyək” adlı sosial aksiya keçirilib                        

              Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi insanlara erkən yaşda nikaha daxil olmanın sosial problem olduğunu aşılamaq və yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma hallarının valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıq olduğunu çatdırmaqdan ibarətdir.

Gənclər bunun üçün maraqlı üsul da düşünüblər.

Beləki, gənc qız insanların kütləvilik təşkil etdiyi yerdə bir əlində kitab, bir əlində xına dayanaraq ordan keçən insanlara mesaj verir.

Gənclər “Erkən nikaha yox deyək”, “Hüquqlarımı pozmayın!”, “Mən oxumaq istəyirəm” kimi sosial mesajlar veriblər.

Rayon əhalisi sosial aksiyanı maraqla qarşılayıb.

 Səadət Rəhimova

 

Şərh Yaz