İmmunlaşdırma  həftəsi

Bir sıra yolxucu xəstəliklərin qarşısının alınmasında profilaktik peyvəndlərin böyük rolu var. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanuna və Milli peyvənd təqviminə uyğun  olaraq hal-hazırda ölkəmizdə 9 peyvənd materialı ilə 11 yolxucu xəstəliyə qarşı immunlaşma tədbiri aparılır. Bunun da nəticəsində həmin xəstəliklərin qeydə alınması kəskin surətdə azalmışdır. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla uşaqların əksəriyyətinin peyvəndə gətirilməsi təmin olunsa da, bu işə biganə yanaşan, əsaslı səbəb olmadan peyvənddən imtina edən valideynlər də var.  Bundan başqa müvəqqəti tibbi əks-göstərişə görə qrafikə uyğun peyvənd olunmayanlar sonradan  müraciət etmirlər. Bu isə xəstəliklərin yayılması təhlükəsini yaradır.

Qeyd olunanları nəzərə alaraq Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə qoşularaq 2021-cu ilin 26 aprel-02 may tarixlərində Respublikada “İmmunlaşdırma həftəsi ” keçirilməsi haqqında əmr vermişdir. Həmin əmrlə peyvənd işi aparılan tibb müəssisələrinə tapşırılmışdır ki, hər hansı səbəbdən immunlaşdırmadan kənarda qalmış uşaqların həftə ərzində peyvəndlərə cəlb edilməsi təmin edilsin. Bununla əlaqədar səhiyyə müəssisələri hazırlıq işlərinə başlamışlar. Bu sahədə valideynlərin də üzərinə böyük məsuliyyət düşür.

Əgər sizin uşağınız Peyvənd təqviminə uyğun hər hansı  peyvəndi almayıbsa, onda ərazi tibb müəssisəsinə müraciət etməklə onu vaksinasiya etdirin. Bununla da həm uşağınızı, həm də ətrafda yaşayanları yolxucu xəstəliklərdən qorumuş olarsınız.

PROFİLAKTİK  PEYVƏND  TƏQVİMİ

  1-ci 12 saat ərzində 4-7-ci gün 2 ay 3 ay 4 ay 6 ay 12 ay 18 ay 6 yaş
HepB +                
BCG   +              
OPV   + + + +     +  
Hib     + + +        
Pnevmakok     +   + +      
QPM             +   +
GDT               +  
DT                 +

E.Bağırov,

İsmayıllı rayon  GEM-nin epidemiologiya  şöbəsinin  müdiri 

Şərh Yaz