Kollec direktorundan təltifə görə təşəkkür                     

Həmkarlar təşkilatının işində fəallığına, təşkilatın işinin təbliğində, təşkil etdiyi və keçirilən tədbirlərdə xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin 28 nömrəli, 01 mart 2021-ci il tarixli qərarına əsasən ATİAHİ İsmayıllı Rayon Komitəsinin bir qrup fəalı “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif olunublar.

Təltif olunanlar sırasında olduğumu şəxsimə diqqət, əməyimə yüksək qiymət kimi qəbul edib, Komitənin rayon bölməsinə – İsmayıllı Rayon Təhsil Şöbəsinin rəhbərliyinə, şəxsən Hafiz müəllimə sonsuz təşəkkürlərimi bildirirəm.

Heç bir təltifsiz belə, bu yurdun xidmətçisi olmaq borcumuz və şərəf işimizdir!!!

Kəmalə Süleymanlı

 

Şərh Yaz