Nəhəng samovar                         

 Lahıc sənətkarları istedad və bacarıqları ilə bütün dövrlərdə  hazırladıqları müxtəlif məişət əşyaları ilə, alıcı zövqünü oxşamış, insanları heyrətləndirə bilmişlər.

Əl işləri ilə dünya miqyasında tanınan, şöhrət sahibi olan Lahıc misgərləri bu gün də nəsildən-nəsilə ötürülən sənətkarlıqları hesabına daha dəyərli, heyrətamiz əşyalar hazırlamaqdadırlar.

Lahıc misgərləri arasında xüsusi peşəkarlığı ilə ad-san qazanmış və artıq haqq dünyasında olan  misgər Hacı Nağının oğlu Kəbleyi Əliyev bu günlərdə tamamladığı əl işlərindən birini –  Nəhəng samovarı sosial şəbəkə vasitəsi ilə ictimaiyyətə təqdim etmişdir.

Nəhəng samovar 2,2 metr hündürlüyə malikdir. Diametri 3 metrə bərabərdir. 20 fərqli parçaların

calanmasından alınan bu nəhəngin 250 litr su tutan gövdəsi vardır. Samovarın odluğu  10 kiloqrama yaxın kömür tutur. Kömürün verdiyi istiliklə  samovardakı su bir saata qaynayır.

Usta bu nəhəngin ayaqda durmasına  qardaşı oğlu Hacı Əliyevlə birlikdə 6 ay vaxt sərf edib.

Samovarın hazırlanmasına 3 kvadratmetr mis, 1,3 kvadratmetr aliminium lövhə sərf olunub. Samovarın nəhəngliyi ilə yanaşı üzərində müxtəlif milli arnamentlərin həkk olunması da diqqətçəkəndir.

6 aylıq zəhmət bahasına yaradılmış bu nadir nüxsənin zaman-zaman yaşayacağına əminliklə el sənətkarı usta Kəbleyiyə can sağlığı arzulayır, yaradan əlləri alqışlayırıq.

Rafiq Həsənov

Şərh Yaz