Dövlətin şəhid və qazilərə qayğısı –“YAŞAT” Fondu

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılıb. Fondun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, onlarin maddi ve sosial şəraitinin yaxşılaşdırılması, o cümlədən mənəvi dəstəyin göstərilməsidir. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir. Təsadüfi deyil ki, Asan xidmət əməkdaşları ve könüllülərdən təşkil olunmuş müvafiq qruplar yaradılmış və onlara- qazilərə və şəhid ailələlərinə baş çəkmək, onların problemləri ilə düzgün formada maraqlanmaq və isıqlandırmaqla bağlı  müvafiq təlimlər kecirilmisdir. Hazirda 69 belə qrup Azərbaycanın bütün regionlarında fəaliyyət göstərərək, qazilərimizə və şəhid ailələrinə baş çəkir, onların ümumii sosial şəraiti, o cümlədən mənəvi-psixoloji durumuyla bagli müşahidələr aparır.

Hazırda “YAŞAT” fonduna edilən pul köçürmələri könüllülük prinsipi əsasında aparılır. Belə ki, xarici ölkələrdə yaşayan soydaşlarımız, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları, müxtəlif hüquqi ve fiziki şəxslərin köçürmüş olduqları pul vəsaitlərilə qısa zamanda “YAŞAT” fondunda böyük məbləğdə pull vəsaiti toplanmışdır və hal-hazırda da bu proses davam etməkdədir. Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında təsis edilmiş “YAŞAT” fonduna xalqin güvəni, mütəmadi olaraq yardımlar etməsi Azərbaycanda dövlətlə xalqın işbirliyinin təcəssümü və eyni zamanda əhalinin dövlətə olan inam və etibarının sübutudur.

Tariximizə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımız başa çatdıqdan sonra, Azərbaycanda qazilərimizə şəhid ailələrinə və müharibədən zərər çəkmiş digər vətəndaşlarımıza qayğı başlıca vəzifə hesab edilir ki, “YAŞAT” Fondunun yaradılması da bunun bir təcəssümüdür. Məhz bunun sayəsində Fond yaradıldıqdan sonra qısa müddət ərzində  2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülən 5275 nəfərin isə sosial şəraitinin yaxşılaşdırılması, tibbi və o cumlədən təhsil xərclərinin ödənilməsi, hətta borc öhdəliklərinin qarşılanması istiqamətində 4 mindən artıq müxtəlif məbləğli köçürülmələr həyata keçirilmişdir. Bütün bunlar dövlətin qazilərə və şəhid ailələrinə həmçinin müharibədən əziyyət çəkmiş hər bir vətəndaşına olan qayğısının təzahürüdür

“YAŞAT”  fondunun işinin təşkilinin bilavasitə Asan xidmətdə çalışan qazilərimizə və şəhid ailələrinin üzvlərinə həvalə edilməsi fondun fəaliyyətinin şəffaf şəkildə həyata keçirilməsinin bir sübutudur. Fondun internet saytında mütəmadi olaraq daxil olan müraciətlər, yardımlar, müvafiq köçürmələrə dair əsaslı statistika görmək mümkündür ki, bu da fondun fəaliyyətinin şəffaflığının əsas meyarlarından biridir. Və bütün bu şəffaf fəalliyyət, hər bir müraciətə individual yanaşma və fond tərəfindən müxtəlif istiqamətlərdə edilən müvafiq yardımlar xalqımızın dövlətin qayğısını bilavasitə öz üzərində  hiss etməsinə şərait yaradır və dövlətə olan güvən və etibarı daha da gücləndirir.

Müharibə iştirakçılarına, şəhid ailələri və qazilərə diqqət və qayğı İsmayıllı rayonunun müxtəlif  idarə və təşkilatları, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya  Kollecində də mütəmadi şəkildə aparılır. Kollecin rəhbəri və müəllim heyəti tez-tez qazi ailələrini ziyarət edir, hər zaman onların yanında olduğunu göstərməyə çalışırlar. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılaraq qəhrəmanlıq göstərmiş, torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məzun tələbələri Lətifli Orxan Xancan oğlu, Həmidov Rəhim Ehtiram oğlu və Əliyev Fərid Hamlet oğlunun ailələri kollecin rəhbəri və müəllim heyəti tərəfindən ziyarət olunub, onların keçdikləri döyüş yolları, göstərdikləri qəhrəmanlıqları ətrafında söhbətlər aparılıb. Onların heç vaxt diqqət və qayğıdan kənarda qalmayacaqları vurğulanıb

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinə olan diqqət və qayğı bir daha sübut edir ki, onlar unudulmur və unudulmayacaq. Bu həm də o deməkdir ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, xüsusilə sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar dayanır.

Vüsalə Qasımova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

Şərh Yaz