Yaddas kitabcasi

YAŞAT Fondunun humanitar missiyası

Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2020-ci il 8 dekabr tarixində “YAŞAT” Fondunun yaradılması barədə Fərman vermişdir. Fondun büdcəsinin formalaşması və istifadə formalarına nəzər yetirsək dövlət tərəfindən keçirilən tədbirlərə əlavə olaraq şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dəstək verməkdir. Fondun yaradılması vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformadır. Fondda toplanan vəsait ərazi bütövlüyümüzün müdafiəsi zamanı əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə,işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçininhərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində xərclənir.

Fondun fəaliyyət istiqamətləri bununla bitmir. Ərazi bütövlüyümüzü qoruyan zaman şəhid olmuş əmək qabiliyyətini itirmiş şəxslərin ailələrinin istehlak kreditlərini və digər borc öhdəliklərini qarşılayır, müalicə və psixoloji dəstək xərclərinin ödəyir, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödəyir, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin apardığı sosial siyasətə dəstək verir.

Fonda vətəndaşlar tərəfindən ödəmələrin olması yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fonda hər gün Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində yardımlar daxil olur, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Fonda daxil olan vəsaitlər barədə məlumatlar mütamadi qaydada göstərilir. Qeyd olunan məlumatlara əsasən fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Onuda bildirmək istəyirəm ki, Fondun vəsaiti hesabına İsmayıllı rayonundan ərazi bütövlüyümüzü qoruyan zaman şəhid olmuş, yaralanmış, travma almış şəxslərin ailələrinə yardımlar edilmiş onların digər problemləri həll edilmişdir.

44 günlük müharibə zamanı ermənilər tərəfindən dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.

İsmayıllı Regional Mədəniyyət İdarəsi

 

 

 

Şərh Yaz