İlin ilk Şura iclası                          

Martın 15-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında ilin ilk Şura iclası keçirilib. Tədbirdə bir sıra vacib məsələlər müzakirə olunub. Şuranın tərkibində dəyişiklik edilməsi və yeni üzvlərin tərkibə daxil olunması barədə məsələyə baxılıb. RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Pakizə Abbasova və Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev Şura üzvlüyünə qəbul ediliblər.

Sonra, Şura və aparatın 2021-ci ilin birinci yarısı üçün perspektiv iş planı təsdiq edilib, rayonda COVID-19 pandemiyasi

ına qarşı həyata keçirilmiş mübarizə tədbirləri müzakirə olunub. Mübarizə tədbirlərinin yüksək mütəşəkkilliklə keçirilməsi, təşkilati, izahat və maarifləndirilmə işlərinin davam etdirilməsi qərara alınıb. Risk qruplarının müəyyən edilməsi, onlara həkim məsləhətlərinin verilməsi və peyvəndləmə işinin düzgün davam etdirilməsi tapşırılıb.

İclasda kadr məsələləri üzrə araşdırma ilə bağlı yaradılmış komissiyanın arayışı da müzakirəyə təqdim olunub. Araşdırma nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbir görülməsi üçün qərar qəbul edilib.

Pandemiya səbəbindən iclasların keçirilməsindəki riskləri və çətinlikləri nəzərə alaraq müzakirəsi vacib olan məsələlərin Şuraya yazılı təqdim edilməsi tövsiyə olunub.

Şərh Yaz