Reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib

 

Rayon ərazisində  koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə rayonda tətbiq olunmuş sərt karantin rejiminin qaydalarına əməl olunması ilə bağlı keçirilən reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş  ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə,  eləcə də bazar ətrafı və bankomatların qarşısında əhaliyə karantin qaydaları izah olunub, maarifləndirmə işləri aparılıb və eyni zamanda 1000 ədəd tibbi maska paylanılıb. Reyd və aksiya rayonda yaradılmış mobil qruplar, gənclər və könüllülər tərəfindən həyata keçirilib.

Son həftə ərzində 2123 ticarət obyekti, 264 digər fəaliyyət növü və 72 yas mərasimlərində monitorinq aparılmışdır ki, bunlardan 129 ticarət, 184 digər fəaliyyət obyektinə və 3703 vətəndaşa xəbərdarlıq edilib, həmçinin 44 nəfər inzibati qaydada cərimə olunub.

Xatırladırıq ki, son vaxtlar “COVID-19” infeksiyasına yoluxma sayının çoxalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı  ilə sərt karantin rejiminin müddəti 14 dekbar 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək uzadılıb. İsmayıllı rayon mərkəzində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi (8103) və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

Sərt karantin rejiminin qaydalarına əməl olunması nəticəsində artıq rayonda yoluxmaların sayı azalıb. Ona görə də vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

Şərh Yaz